Qal, sənə qurban! (mahnı)
Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur.
== Yaranma tarixi ==
Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur.
=== Birinci versiya ===
1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib.
=== İkinci versiya ===
1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür.